Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Novruz bayramı qardaşlıq, dostluq bayramıdır

0

  •         Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar elə həmçinin azərilər də yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd etmiş şənliklər keçirmişlər. Bu şənliklər təkcə Azərbaycanda yox həmçinin də İran, Əfqanıstan, Tacikistan və Özbəkistanda və bir sıra şərq ölkələrində qeyd olunur. Hətta İran və Əfqanıstan təkcə bununla kifayətlənmirlər həmin gün onlarda təqvimin ilk günü hesab olunur və yeni il 21 mart tarixində başlayır. Novruz bayramı 2009 – cu ildə YUNESKO tərəfindən qeyri - maddi mədəni irs siyahısına daxil edilmiş, 2010 – cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi ” Beynəlxalq Novruz Günü” elan edilmişdir. Hal hazırda da bu bayram eyni qayda ilə qeyd olunur. Novrzu bayramı Azərbaycanda mənşəyi ən qədim bayramlardan biridir. Çox uzun müddətlər daim din xadimləri və müxtəlif təriqət nümayəndələri Novruz bayramına dini libas geyindirməyə çalışmış və onu öz gözlərində ayırmaq üçün bu kimi bir sıra işlər görmüşlər. Dini məsələlərin Novruz Bayramına təsiri isə Ərəb xilafətinin Azərbaycana gəlişi ilə başlamışdır.Novruz bayramının papaq atdı,qulaq falı,tonqaldan tullanmaq gözəl adədləri var. Novruz şən və sevimli bayramdır. Novruz xalqımızın bütün varlıqlarını özündə cəmləşdirən bayramdır. BMT Baş Assambleyasının 64-cü  sessiyasının iclasında martin 21-i ”Beynalxalq Novruz Günü”  elan olunub.  Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə adları da "S" hərfindən başlayan yeddi növ xörək olmalıdır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa masanın üstünə güzgü və şamlar qoyulur, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam - od, işıq deməkdir (hansı ki, insanı bədnəzərdən qoruyur), güzgü aydınlıq rəmzidir. Novruz bayramı haqqında mahnılar yazılmış ,filimlər çəkilmişdir. Novruz xalqımızın bütün varlıqlarını özündə cəmləşdirən bayramdır.       Ulu Öndər Heydər Əliyev 21 mart 2000-ci il Novruz bayramı münasibəti ilə çıxışında demişdir: “Novruz bayramı bizə bəxş etdiyiən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyətlər aradan götürülür. Demək, bu, dosluq, həmrəylik, yüksək mənəviyyat bayramıdı.”        Ulu Öndər demişdir ki, vaxt olacaq biz Novruz bayramını işğal altındakı torpaqlarda qeyd edəcəyik. Cənab Przedentimizin siyasəti nəticəsində və ordumuzun gücü sayəsində bu gün biz həmin torpaqlarda Novruz bayramını qeyd edirik.Vüqar İSMAYILOV,YAP Xocalı rayon təşkilatının əməkdaşı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib55 dəfə
    Novruz bayramı qardaşlıq dostluq bayramıdır

    Maraqlı gələ bilər
    105
    13
    162
    51
    162